Koronavirus can almağa davam edir
Braziliyada son sutka ərzində daha 73 174 nəfərin koronavirus infeksiyasına yoluxması, 3560 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.
AYNA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 13 746 681 nəfər yoluxub. Bu müddət ərzində 365 444 koronaviruslu xəstə dünyasını dəyişib.
Həmçinin bu günədək 12 236 295 xəstə müalicə olunaraq sağalıb.