Böyük Britaniya COVID-19-a qarşı peyvəndə “yaşıl işıq” yandırdı

Dünya

02.12.2020 - 18:15

Gələn həftənin əvvəlindən peyvəndin paylanılmasına başlanacaq

 

Böyük Britaniya koronavirusa (COVID-19) qarşı peyvəndin istifadəsini təsdiqləyən ilk ölkə olub. AYNA xarici mediaya istinadən bildirir ki, Almaniyanın BioNTech və ABŞ-ın Pfizer şirkətlərinin hazırladığı peyvəndin gələn həftənin əvvəlindən paylanılmasına başlanılacaq.

 

Bununla da Birləşmiş Krallıq Avropa Birliyi və ABŞ-dan daha tez koronavirus peyvəndinə “yaşıl işıq” yandırmış oldu.  

 

Pfizer şirkətinin icraçı direktoru Albert Burla Britaniyanın qərarını “tarixi an” adlandırıb

Müəllif: Ayna.az