“Rusiya Hərbi Hava Qüvvələri İdlibdə mülki şəxslərə və ərazilərə zərbələr endirərək dəhşətli cinayətlər törədib”
BMT-nin Suriya üzrə Araşdırma Komissiyası yeni hesabatını təqdim edib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, təqdimatda araşdırma komissiyası Rusiyanı cinayət törətməkdə ittiham edib.
“Rusiya Hərbi Hava Qüvvələri İdlibdə mülki şəxslərə və ərazilərə zərbələr endirərək dəhşətli cinayətlər törədib”, - deyə hesabatda bildirilib.
Komissiyasının hesabatında o da qeyd olunub ki, Rusiya ilə yanaşı Əsəd rejimi də Suriyada dəfələrlə səhiyyə və əhəmiyyətli dövlət müəssisələrini, həmçinin günahsız vətəndaşları güllələyərək müharibə cinayətləri törədib.