BMT rəsmisi: “Korrupsiya sərhəd tanımır, qanunvericilik boşluqlarında gizlənir”

Xəbərlər

20.05.2025 - 10:58

Həkimlər Klinikalar SEO Xidməti

Bricit Strobel-Şou: “Korrupsiyanın qarşısını almaq üçün hər biur şeyi etməliyik”

 “Bu gün korrupsiyaya qarşı mübarizəyə sadiqliyimizi buradan vurğulayırıq. Korrupsiya sərhəd tanımır, qanunvericilik boşluqlarında gizlənir”. AYNA.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi (GlobE Network) çərçivəsində 6-cı Plenar İclasa və İdarəetmə Komitəsinin 10-cu Görüşündə BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) Korrupsiya və İqtisadi Cinayətlər Şöbəsinin rəhbəri Bricit Strobel-Şou deyib.

Onun sözlərinə görə, əməkdaşlıq ən güclü şəbəkədir: "Bu səbəblə korrupsiyanın qarşısını almaq üçün hər biur şeyi etməliyik. Bizim bu sessiyalar zamanı bilikləri bölüşmək imkanımız yaranacaq. Burada həmçinin qanunvericilik prioritetlərini müəyyən edə bilərik. Bu platforma müvafiq orqanlar arasında əlaqələrin qurulması üçün vacibdir".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş