BMT Kabillə bağlı qətnamə qəbul edib

Dünya

31.08.2021 - 08:33

Həkimlər Klinikalar SEO Xidməti

Qərara 13 ölkə dəstək verib, Rusiya və Çin bitərəf qalıb

 

BMT Təhlükəsizlik Şurası ABŞ-ın Əfqanıstandan çəkilməsindən sonra Kabildəki Həmid Qərzai Beynəlxalq Hava Limanının “sürətli və təhlükəsiz bir şəkildə yenidən açılması”nı tələb edən qətnaməni qəbul edib.

 

AYNA xəbər verir ki, ABŞ və İngiltərə tərəfindən şuraya təqdim edilən, əfqanlarla ölkədəki bütün əcnəbilərin təhlükəsiz şəkildə quru, eləcə də, hava yolu ilə ölkədən ayrılmalarına icazə verilməsinə çağırış edən qərar BMT TŞ-də təsdiqlənib. Qərara 13 ölkə dəstək verib, Rusiya və Çin bitərəf qalıb.

 

“Kabil hava limanının və ətrafının sürətli və təhlükəsiz bir şəkildə yenidən açılmasını təmin etmək üçün hər cür səy göstərilməlidir”, - qərarda deyilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş