Birinci sinfə elektron qəbul başa çatıb

Xəbərlər

03.09.2026 - 19:13

124 mindən artıq uşağın birinci sinfə qəbul prosesi tamamlanıb

Mayın 6-dan etibarən həyata keçirilən 2026–2027-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi başa çatıb. AYNA.AZ xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

Son məlumata görə, 124 mindən artıq uşağın birinci sinfə qəbul prosesi tamamlanıb.

Qeyd olunub ki, üzrlü səbəblərdən I sinfə qəbul prosesində gecikən uşaqların ümumi təhsil müəssisələrinə elektron qəbulu sentyabr ayı ərzində yenidən aktivləşdiriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş