Biləsuvarda 10 nəfər qidadan zəhərlənib

Hadisə

30.09.2026 - 12:20

"Baş verən zəhərlənmə hadisəsi nəzarətdədir”

Sentyabrın 29-da saat 23:00 radələrində zəhərlənmə şübhəsilə 10 nəfər (5 kişi, 5 qadın) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. AYNA.AZ xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Məlumata görə, zəruri tibbi xidmətlər göstərilən pasiyentlər ambulator müalicə üçün evə buraxılıblar.

"Baş verən zəhərlənmə hadisəsi nəzarətdədir. Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən aidiyyəti qurumlarla birgə araşdırmalara başlanılıb". Bu sözlər isə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatında əksini tapıb.

Bildirilib ki, ilkin araşdırma zamanı hadisənin Biləsuvar rayonunda evdə təşkil olunan məclisdə baş verdiyi müəyyən edilib. Araşdırmaların nəticələrinə uyğun müvafiq tədbirlər görüləcək.

"AQTA bir daha vətəndaşlara müraciət edərək bildirir ki, kütləvi tədbirlərdə qida məhsullarının hazırlanması, saxlanması və istehlaka təqdim olunması zamanı qida təhlükəsizliyi tələblərinə ciddi əməl edilməlidir. Qidaların hazırlanması və saxlanması zamanı temperatur rejiminə, şəxsi gigiyena qaydalarına və digər qida təhlükəsizliyi tələblərinə tam riayət olunmaması qida zəhərlənmələri riskini artıra bilər", - məlumatda qeyd olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş