Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır
Bərdə rayonunun Güloğlular kəndində, ümumi sahəsi 286 m² olan ikimərtəbəli evin 1-ci mərtəbəsində, sahəsi 52 m² olan otaqda quraşdırılan yanacaq sobasında yanğınla nəticələnən partlama baş verib.
Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, yanğın nəticəsində ətrafa dağılmış yanacaq və otağın tavanı qismən yanıb.
Hadisə zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.