Bərdədə kitab bayramı keçirilib

Mədəniyyət

05.05.2023 - 06:12

“Kitab bilik və zəka mənbəyidir” adlı kitab bayramı keçirilib

Bərdə rayon Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Kitab bilik və zəka mənbəyidir” adlı kitab bayramı keçirilib.

AYNA xəbər verir ki, Bərdə rayon Mərkəzi kitabxanası tərəfindən təşkil olunan tədbir respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbirdə çıxış edən Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, geniş bilik və təfəkkür sahibi olmasından, düşünülmüş və cəsarətli qərarlarından, eyni zamanda mədəniyyətimizə, kitabxanalara, milli-mənəvi dəyərlərimizə göstərdiyi diqqət və qayğıdan, bilik mənbəyi olan kitabın əhəmiyyətindən danışıb.

Bildirib ki, Ümummilli Liderin uzaqgörən və düzgün siyasəti hazırda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.

Kitab bayramı çərçivəsində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən 50 ədəd portret və 20 adda kitab nümayiş etdirilib. Təbdir rəngarəng konsert proqramı ilə davam edib.

Müəllif: Ayna.az