Bəhreyndən iddia: İran hücum edib

Dünya

28.06.2026 - 22:05

Krallıq BMT Təhlükəsizlik Şurasını təcili iclasa çağırıb

Bəhreyn Xarici İşlər Nazirliyi (XİN) İranın krallığa raketlər və dronlarla hücum etdiyini bildirib. AYNA.AZ xəbər verir ki, bu barədə BNA məlumat yayıb.

Krallığın XİN-i BMT Təhlükəsizlik Şurasını "2817 saylı qətnamənin icrasını təmin etmək üçün öhdəliklərini yerinə yetirmək" üçün təcili iclas çağırmağa çağırıb.

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveyt və Bəhreyndə ABŞ-ın əsas infrastrukturuna cavab zərbəsi endirəcəyini açıqlayıb. Onların bəyanatına görə, atəşkəsin pozulması İran-ABŞ memorandumuna ziddir və diplomatik prosesin tamamilə pozulmasına səbəb ola bilər. SEPAH həmçinin ABŞ-ın İranın beş sahil məntəqəsinə hücum etdiyini də açıqlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş