Bayden İsrail-Fələstin münaqişəsi barədə: “Netanyahu mənə söz verib

Dünya

22.05.2021 - 21:43

Həkimlər Klinikalar SEO Xidməti

ABŞ Prezidenti: “Atəşkəsin davam etməsi üçün dua edirəm”

 

ABŞ Prezidenti Co Bayden İsrail ilə Fələstin arasında atəşkəsdən sonra danışıb. O, İsrailin bölgədə müstəqil bir dövlət olaraq tanınmayacağı təqdirdə sülh olmayacağını söyləyib.

 

AYNA xarici mediaya istinadən xəbər verir ki, ABŞ Prezidenti Cənubi Koreya Prezidenti Moon Jaeinlə görüşdən sonra Ağ Evdə mətbuat konfransında atəşkəs qərarının sevindirici olduğunu və qorunması lazım olduğunu söyləyib. Bayden sülhə çatmağın yeganə yolunun iki dövlətli bir həll yolu olduğunu vurğulayıb.

 

Bölgədəki ölkələrə bir mesaj göndərən Bayden “Gəlin bunu açıq şəkildə bildirək. İsrail bölgədə müstəqil bir dövlət kimi tanınmasa, barış olmayacaq”, deyib. O, “Atəşkəsin davam etməsi üçün dua edirəm. Netanyahu söz verib. O, həmişə mənə verdiyi vədlərə əməl edib”, - deyə söyləyib.

 

Qeyd edək ki, Qəzzada səhiyyə rəsmiləri qarşıdurmaların başlamasından bəri 65-i uşaq olmaqla 232 Fələstinli vətəndaşın öldüyünü açıqlayıb. Səhiyyə rəsmiləri hava hücumlarında 1900-dən çox insanın yaralandığını bildirib. Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsani İşlər Koordinasiya Ofisi İsrail qüvvələrinin Qəzzaya hücumları səbəbiylə ən az 75.000 fələstinlinin məcburi köçkün olduğunu açıqlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş