Baş prokuror vətəndaş qəbulu keçirəcək

Xəbərlər

01.06.2026 - 19:03

Kamran Əliyev Şəmkirdə vətəndaşların müraciətlərini dinləyəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il iyunun 5-də saat 10:00-da Şəmkir Rayon Prokurorluğunun inzibati binasında Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayon sakinlərinin qəbulunu keçirəcək. AYNA.AZ xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.

Qeyd olunub ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Şəmkir rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli telefonları, [email protected]  elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instaqram, feysbuk və X) vasitəsilə də qəbula yazıla bilərlər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş