Baş Nazirdən yeni təyinatlar

Xəbərlər

01.06.2020 - 18:45

Əli Əsədov özünə yeni köməkçi təyin edib

 

Baş Nazir Əli Əsədov özünə yeni köməkçi təyin edib. AYNA xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. Onun sözlərinə görə, müvafiq sərəncamla Mehman Tağıyev Baş Nazirin köməkçisi təyin olunub.

 

Bundan başqa, Nazirlər Kabineti Aparatının strukturunda da yeni təyinatlar olub. Belə ki, Xalid Qasımlı Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinin müdiri, Niyazi Rəhimov Nazirlər Kabineti Aparatının Sosial məsələlər şöbəsinin müdiri, Musa Pənahov Nazirlər Kabineti Aparatının Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsinin müdiri təyin edilib.

Müəllif: Ayna.az