“Bakıdakı kütləvi aksiya olmasaydı, yoluxma daha az ola bilərdi”

Xəbərlər

03.08.2020 - 18:38

Hikmət Hacıyev: “Vətəndaşlarımız kütləvi xarakter daşıyan tədbirlərdən çəkinməlidirlər”

 

“Həftəsonu nəqliyyatın fəaliyyətinə məhdudiyyət qoyulmasının səbəbi insanların toplaşmasının qarşısını almaqdır. Əldə olunan müsbət dinamika bizi rahatlaşdırmamalıdır. Digər dövlətlərin təcrübəsi də bunu göstərir. Virus hər an yenidən alovlana bilər”.

 

AYNA xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib.

 

O, 14-15 iyulda Bakıda keçirilən orduya dəstək aksiyasına da toxunub: “Qarabağ məsələsində həmrəyliyi bütün dünya dövlətləri gördü. Ancaq burada kütləvi toplaşma hallarına da yol verildi. Epidemioloqlar tərəfindən də qeyd edilir ki, həmin toplaşmalar olmasaydı, bugünkü rəqəmlər daha aşağı ola bilərdi. Gələcəkdə vətəndaşlarımız kütləvi xarakter daşıyan tədbirlərdən çəkinməlidir. Yas mərasimləri də bu qəbildəndir. Bu kimi tədbirlər vətəndaşların daha çox bir araya gəldiyi tədbirlər sırasındadır. Buna yol vermək olmaz”.

 

“Kütləvi tədbirin hər birimizə qürur verən hissəsini kənara qoymaq şərti ilə məsələyə epidemioloji çərçivədən də baxmalıyıq. İsti yay günlərində bu çətinliklər səbr və təmkinlə qəbul olunur. Biz müəyyən miqyas və birgə səylərimiz nəticəsində yoluxmanın azalmasına nail olduq. Amma bu, bizi qane etmir. Gündəlik 200-dən çox yoluxma var. Buna da kütləvi tədbirlər səbəb olub. Biz daha aşağı yoluxma gözləyirdik. Buna görə də gələcəkdə bundan çəkinməyə çağırırıq”, - Hacıyev vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş