Bakıda sıxlıq olan yolların SİYAHISI

Xəbərlər

21.09.2026 - 09:42

Bakıda sıxlıq olan küçə və prospektlərin adı açıqlanıb. AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda yollardakı vəziyyət:

  1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
  2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
  3. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
  4. Əbdülvahab Salamzadə küçəsi, "Qələbə" dairəsi istiqamətində;
  5. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
  6. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
  7. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;
  8. Babək prospekti, mərkəz istiqamətində;
  9. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
  10. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;
  11. Aeroport şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;
  12. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
  13. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;
  14. Bakıxanov küçəsi, Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişmədən "Statistika" dairəsi istiqamətində;
  15. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
  16. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
  17. "Qələbə" dairəsi, Mətbuat prospekti istiqamətində;
  18. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;
  19. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər) sıxlıq müşahidə olunur.
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş