Bakıda kran aşıb

Hadisə

26.08.2021 - 15:16

Sürücü avtomaşınla qoşqunun arasında qalıb öldü

 

Avqustun 25-də Ülfət Şəmiyevin stasionar qaldırıcı kranın hərəkəti zamanı xəsarət alması və aldığı xəsarətlərdən ölməsi barədə Rayon Prokurorluğuna məlumat daxil olub.

 

Binəqədi Rayon Prokurorluğundan AYNA-ya verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Ülfət Şəmiyev Binəqədi şossesində yerləşən “VS Enerji Servis” MMC-nin sifarişi əsasında 99-MU-989 dövlət qeydiyyat nişanlı avtokranı idarə edib. Ətalətini itirən avtokranın qoşqunun üzərinə düşməsi nəticəsində Ü.Şəmiyev iki nəqliyyat vasitəsi arasında sıxılı vəziyyətdə qalaraq ölüb.

 

Hazırda fakt üzrə Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ayna.az