Bakıda kişi arvadını güllələyib

Hadisə

09.07.2026 - 17:43

Hadisə “Şamaxinka” ərazisində baş verib

Bakıda qətl hadisəsi baş verib. AYNA.AZ-ın APA-ya istinadən xəbərinə görə, hadisə Nəsimi rayonunda, “Şamaxinka” ərazisində baş verib.

Kişinin küçədə arvadına ov tüfəngindən atəş açdığı, daha sonra özünü vurduğu bildirilir.

İlkin məlumata görə, qadın hadisə yerində ölüb.

Xəsarət alan kişi polis əməkdaşlarının nəzarəti ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş