İki yol sahəsində işlərə başlanılıb
Bakıda ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının təşkili davam etdirilir. Daha iki yol sahəsində işlərə başlanılıb. AYNA.AZ xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Qeyd olunub ki, metro xətlərinin ayrılması layihəsi çərçivəsində artan sərnişin tələbatı nəzər alınaraq avtobuslarla sərnişinlərin rahat, maneəsiz və vaxt itkisinə məruz qalmadan daşınması üçün Mirzəağa Əliyev və Abdulla Şaiq küçələrində xüsusi hərəkət zolaqları yaradılır.
Hər iki yol sahəsində zolaqların eni standartlara uyğunlaşdırılmaqla avtobuslar üçün əlavə zolaq yaradılıb.
Hazırda bu küçələrdə nişanlanma xətləri çəkilir. Müvafiq yol nişanları quraşdırılmaqla zolaqlar qüvvədə olacaq.