Bakıda icra məmurlarına etiraz olaraq havaya atəş açılıb

Hadisə

23.09.2020 - 11:29

Həkimlər Klinikalar SEO Xidməti

Hadisədə istifadə olunan “MR-155” markalı ov tüfəngi götürülüb

 

Binəqədi Rayon Polis İdarəsi 40-cı Polis Bölməsinə sentyabrın 22-də Xocəsən qəsəbəsində yaşayan R.Süleymanovun evinə keçmiş həyat yoldaşının rayon İcra və Probasiya şöbəsinin əməkdaşları ilə birlikdə əşyalarını götürmək üçün gəlməsinə etiraz əlaməti olaraq xuliqanlıq zəminində tüfəngdən havaya və evin pəncərəsinə atəş açaraq hadisə yerini tərk etməsi barədə məlumat daxil olub.

 

Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, əməliyyat-axtarış tədbirləri ilə R.Süleymanov polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan hadisədə istifadə etdiyi müvafiq sənədləri olan “MR-155” markalı ov tüfəngi götürülüb.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş