Bakıda avtobus 75 yaşlı qadının üstündən keçib

Xəbərlər

21.06.2026 - 21:50

Bakıda ağır yol-nəqliyyat hadisəsi olub. AYNA.AZ Bakupost.az-a istinadən xəbər verir ki, hadisəyə dair görüntüləri bloger Saleh Nəsirov paylaşıb.

Məlumata görə, dünən saat 18:49-da Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni Ramana yolunda 214 saylı marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı, 10 TG 815 dövlət qeydiyyat nişanlı avtobus piyadanı vurub.

Belə ki, yaşlı qadın digər avtobusdan düşərkən arxadan gələn nəqliyyat vasitəsi onu vurub, daha sonra üstündən keçib.

1951-ci il təvəllüdlü Bağda Sovin qızı aldığı xəsarətlərdən vəfat erib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş