Bakıda 20 Yanvar faciəsinin ildönümünə hazırlıqlar başlayıb

Xəbərlər

14.01.2021 - 11:09

Həkimlər Klinikalar SEO Xidməti

Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır

 

Şəhidlər Xiyabanında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işləri aparılır. Bu barədə AYNA-ya Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, 20 yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı Şəhidlər Xiyabanında hazırlıq işləri aparılır.

 

Bakı Şəhər İcra Hakimiyyətinin qurumları tərəfindən cari təmir, geniş təmizlik və abadlıq işləri görülür, ağacların budaqları budanıb, qazon örtüyü yenilənib, yeni güllər əkilib, işıq dirəkləri rənglənib, səkilər və bütün ərazi yuyulub.

 

Xiyabanda faciənin ildönümü ilə əlaqədar müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. Bu işlərə təcrübəli mütəxəssislər, landşaft-dizaynerlər cəlb olunub. Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş