Bakı-Sumqayıt yolunda böyük tıxac

Cəmiyyət

24.01.2020 - 20:46

Yolda avtomobillərin hərəkəti tam dayanıb

 

Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb.

 

AYNA Trend-ə istinadən xəbər verir ki, tıxac şəhərin çıxışından - Moskva prospektindən başlayır.

 

Bakıdan Sumqayıt istiqamətində hərəkət iflic vəziyyətə düşüb. Yolda avtomobillərin hərəkəti tam dayanıb. Məlumata görə, tıxac Abşeron rayonunun Masazır dairəsinə qədər davam edir. Səbəbi bilinmir.

Müəllif: Ayna.az