Badamdarda dağ ətəyində yanğın olub

Hadisə

25.07.2021 - 00:43

Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları cəlb olunub

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakının Səbail rayonu, Badamdar qəsəbəsində dağlıq ərazidə baş vermiş yanğınla bağlı məlumat yayıb.

 

AYNA xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər görülüb.

 

İlkin məlumata görə, dağlıq ərazidə quru ot və kol-kos yanıb.

 

Əlavə məlumat veriləcək.

Müəllif: Ayna.az