Azərbaycandakı 187 müəssisədən Rusiyaya pomidor ixracına icazə verilib

Xəbərlər

31.07.2021 - 23:24

Həkimlər Klinikalar SEO Xidməti

Pomidor istehsalı müəssisələrində birgə videomonitorinqlər davam etdirilir

 

Azərbaycandan Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların birgə tədbirləri davam etdirilir.

 

AQTA-dan AYNA-ya verilən məlumata görə, həyata keçirilən birgə tədbirlər çərçivəsində ölkəmizin və Rusiya Dövlət Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") mütəxəssislərinin iştirakı ilə respublika ərazisində fəaliyyət göstərən pomidor istehsalı müəssisələrində birgə videomonitorinqlər davam etdirilir.

 

Bununla yanaşı, müəssisələrdə həyata keçirilən sağlamlaşdırıcı tədbirlər və aparılan araşdırmaların nəticələri ilə əlaqədar məlumatlar mütəmadi qaydada Rusiya tərəfinə təqdim olunur. Görülən işlərin məntiqi nəticəsi olaraq “Rosselxoznadzor" tərəfindən avqustun 3-dən daha 34 pomidor istehsalı müəssisəsi və 1 kooperativdən (kooperativə 8 müəssisə daxildir) də həmin ölkəyə pomidor ixracına icazə verilib.

 

Beləliklə, indiyə qədər ümumilikdə Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən 187 pomidor istehsalı müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib.

 

Hazırda Rusiyaya pomidor ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 329 milton 729 ton təşkil edir ki, bu da ötən il ərzində Rusiyaya ixrac olunan pomidor məhsulunun 184,5 faizini təşkil edir.

 

Müəllif: Ayna.az