Azərbaycanda reanimasiyada olan koronavirus xəstələrinin sayı açıqlanıb

Cəmiyyət

16.07.2020 - 22:11

cedabet dərman SEO Xidməti

Hazırda ölkəmizdə aktiv xəstə sayı 8 575 nəfərdir

 

Azərbaycanda süni tənəffüs cihazında olan koronavirus xəstələrinin sayı 68 nəfərə çatıb.

 

Bu barədə AYNA-ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) istinadən xəbər verir.

 

Məlumata görə, xəstəxanaların reanimasiya şöbələrində müalicə edilən xəstələrin sayı 345 nəfərdir.

 

Qeyd edək ki, Azərbaycanda COVID-19-a daha 493 yeni yoluxma qeydə alınıb, 561 nəfər sağalıb, 8 nəfər vəfat edib.

 

Hazırkı dövrədək ölkəmizdə 26 165 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 17 256 nəfər müalicə olunaraq sağalıb, 334 nəfər vəfat edib. Aktiv xəstə sayı 8 575 nəfərdir.

 

Ötən müddət ərzində 601 min 500 test aparılıb. Bugünkü test sayı isə 8 722-dir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş