Kafedranın dosenti Oqtay Sadıqov dünyasını dəyişib
Azərbaycan Texniki Universitetinin (AzTU) “Elektronika” kafedrasının dosenti koronavirusdan vəfat edib. Bu barədə AYNA-ya AzTU-nun Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, kafedranın dosenti Oqtay Sadıqov 66 yaşında koronavirusdan vəfat edib: “AzTU kollektivi Oqtay Sadıqovun vəfatından kədərlənir, ailəsinə və yaxınlarına səbr diləyir. Allah rəhmət eləsin!”.