"Azərbaycan və Ermənistan arasında sülh prosesindəki irəliləyişdən məmnunuq"

Aktual

16.06.2026 - 20:02

Hakan Fidan: “Atılan addımlar regionda effektiv şəkildə bərqərar olan sülhün artıq gerçəkləşdiyini göstərir”

“Sülh prosesindəki irəliləyişdən və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasından məmnunuq”. AYNA.AZ Türkiyə mediasına istinadən bildirir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında deyib.

Fidan bildirib ki, “atılan addımlar regionda effektiv şəkildə bərqərar olan sülhün artıq gerçəkləşdiyini göstərir”.

Nazir davamlı sülhün regionda sabitliyi təmin edəcəyini vurğulayıb.

O həmçinin "3+3" regional əməkdaşlıq formatı çərçivəsində keçirilən görüşlərin region ölkələri üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş