Azərbaycan Prezidenti “ŞƏT plyus” formatında görüşdə iştirak edir

Xəbərlər

01.09.2026 - 11:16

Bişkek şəhərində “ŞƏT plyus” formatında görüş keçirilir

Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində “ŞƏT plyus” formatında görüş keçirilir. AYNA.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak etmək üçün Bişkekdəki “Irıs Ordo” Konqres Mərkəzinə gəlib.

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevi, digər dövlət və hökumət başçılarını salamlayıb.

Sonra “ŞƏT plyus” formatında keçirilən görüşün iştirakçıları birgə foto çəkdiriblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş