Azad edilmiş ərazilərdə daha 269 mina aşkarlanıb

Xəbərlər

21.09.2026 - 19:07

1840,3 hektar ərazi mina və PHS-lərdən təmizlənib

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (14.09.2026-20.09.2026) məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) AYNA.AZ-a verilən məlumata görə, azad edilmiş ərazilərdə ötən həftə 204 piyada əleyhinə mina, 65 tank əleyhinə mina, 745 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1840,3 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş