Azad edilmiş ərazilərdə 78 mina aşkarlanıb

Xəbərlər

25.05.2026 - 14:18

2 092 hektar ərazi mina və PHS-lərdən təmizlənib

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (18.05.2026-24.05.2026) məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) AYNa.AZ-a verilən məlumata görə, azad edilmiş ərazilərdə ötən həftə ərzində 45 piyada əleyhinə mina, 33 tank əleyhinə mina, 416 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 2 092 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş