Aygün Bəylər dəfn olunub

Mədəniyyət

08.01.2024 - 14:19

Əməkdar artist Suraxanı kənd qəbiristanlığına torpağa tapşırılıb

Vəfat edən Əməkdar artist Aygün Bəylərlə (Hümmətova) Bakıda Səttar Bəhlulzadə adına Mədəniyyət Mərkəzində vida mərasimi keçirilib. AYNA xəbər verir ki, vida mərasimində sənətçinin ailə üzvləri, yaxınları, sənət dostları və media mənsubları iştirak ediblər.

Vida mərasimindən sonra mərhum müğənninin cənazəsi Suraxanı kənd qəbiristanlığına aparılıb və orada torpağa tapşırılıb.

Qeyd edək ki, onkoloji xəstəlikdən əziyyət çəkən müğənni yanvarın 7-də Türkiyənin Ankara şəhərində dünyasını dəyişib.

Allah rəhmət eləsin!

Aygün Bəylər dəfn olunub Aygün Bəylər dəfn olunub Aygün Bəylər dəfn olunub
Müəllif: Ayna.az