Avropa İttifaqı Türkiyəyə suriyalı qaçqınlar üçün daha 1 milyard avro verəcək

Dünya

18.12.2024 - 10:52

Həkimlər Klinikalar SEO Xidməti

Ursula fon der Leyen: “Bildirmək istəyirəm ki, Türkiyə uzun illərdir milyonlarla suriyalı qaçqının qəbulundan məsuldur”

Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen Türkiyədəki suriyalı qaçqınlara yardım üçün 1 milyard avro ayrıldığını açıqlayıb. Bu barədə AYNA Türkiyə mediasına istinadən bildirir.

“Bildirmək istəyirəm ki, Türkiyə uzun illərdir milyonlarla suriyalı qaçqının qəbulundan məsuldur. Biz bu işdə Ankaraya dəstək verdik”, - deyə Leyen qeyd edib.

AK rəhbərinin sözlərinə görə, 2011-ci ildən Avropa İttifaqı (Aİ) artıq Türkiyəyə qaçqınları dəstəkləmək və yerli hakimiyyət orqanları tərəfindən onları qəbul etmək səylərini dəstəkləmək üçün 10 milyard avroya yaxın vəsait ayırıb.

O, həmçinin 2024-cü il üçün əlavə 1 milyard avronun “artıq göndərildiyini” vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş