Strack-Zimmermann: “Almaniya və Fransa müdafiə qərarlarını təxirə salır”
Avropa Parlamentinin (AP) Təhlükəsizlik və Müdafiə Komitəsinin rəhbəri Mari-Aqnes Strak-Zimmermann bildirib ki, Almaniya və Fransa Avropanın müdafiə qərarlarını təxirə salır. AYNA.AZ xəbər verir ki, bu barədə “Euractiv” məlumat yayıb.
"Düzünü desək, Almaniya burada aparıcı rol oynayır. Fransızlar da işləri yavaşlatmağa çalışırlar, amma almanlar bu baxımdan əsl nümunədirlər", - deyə deputat qeyd edib.
Onun sözlərinə görə, Almaniya, Fransa, İtaliya, Polşa və İspaniya da daxil olmaqla, bütün əsas Aİ ölkələri müdafiə qərarları öz maraqlarına təsir edərsə, onları yavaşlada və ya bloklaya bilərlər.
Siyasətçi vurğulayıb ki, Aİ-dəki milli hökumətlər "nəhayət hərəkətə keçməsələr", blok üzrə müdafiə təşəbbüslərinin uğuru məhdudlaşacaq.