Astarada 18 kiloqram narkotik aşkarlanıb

Xəbərlər

06.08.2026 - 14:32

İki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib\

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Tədbirlərlə qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən 45 yaşlı Vüqar Quliyev saxlanılıb. Onun idarə etdiyi avtomobildən ümumilikdə 18 kiloqram marixuana və tiryək aşkarlanıb. Araşdırmalarla V.Quliyevin narkotikləri tanışı 46 yaşlı Turab Ağayev vasitəsilə əldə etdiyi müəyyən edilib. Əməliyyat tədbirlərinin davamı olaraq T.Ağayev də polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş