Argentina tariflərdən azad olmaq üçün ABŞ-la saziş imzalamağa hazırdır

Dünya

15.04.2025 - 12:16

Həkimlər Klinikalar SEO Xidməti

“Biz Prezident Donald Tramp tərəfindən hazırlanmış qarşılıqlı tariflər təklifini başa düşürük”

Argentina Prezidenti Xavyer Miley tarifləri aradan qaldırmaq üçün ABŞ ilə ticarət sazişi imzalamaq niyyətində olduğunu açıqlayıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Prezident bu bəyanatı Buenos-Ayresdə ABŞ-ın maliyyə naziri Skott Bessentlə görüşündən sonra verib.

“Biz Prezident Donald Tramp tərəfindən hazırlanmış qarşılıqlı tariflər təklifini başa düşürük və həm ABŞ, həm də Argentina üçün faydalı olacaq ticarət sazişi imzalamağa hazırıq”, - deyə Miley bildirib.

O, Argentinanın regionda ABŞ-ın etibarlı müttəfiqinə çevrilmək niyyətində olduğunu da vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş