"Bu gün son Amerika qüvvələrinin İraqı tərk etdiyini elan etməkdən məmnunam”
ABŞ Prezidenti Donald Tramp İraqdan son Amerika qoşunlarının çıxarıldığını təsdiqləyib. AYNA.AZ xəbər verir ki, Tramp bu barədə “Truth Social”da yazıb.
ABŞ lideri amerikalı əsgərlərin İraqdakı fəaliyyətini "cəhənnəmə çox baha başa gələn bir səyahət" adlandırıb.
"Bu gün son Amerika qüvvələrinin İraqı tərk etdiyini elan etməkdən məmnunam. Bu, uzun müddət çəkdi və əvvəlcə bəzi çox pis qərarlar bizi bu bataqlığa sürüklədi. Amma tezliklə hamısı tarixin bir hissəsi olacaq", - deyə Amerika lideri yazıb.
Tramp Amerika qoşunlarının çıxarılmasını "ABŞ və İraq üçün qələbə və İŞİD-in məğlubiyyəti" kimi təsvir edib: "Çoxlu silah və hər şeyin geridə qaldığı, 13 hərbçinin öldürüldüyü və daha çoxunun yaralandığı Əfqanıstandan fərqli olaraq, koalisiya qüvvələrinin və texnikasının Ərbil Hava Bazasından bu nizamlı şəkildə çıxarılması çox baha başa gələn cəhənnəmə səyahətin sonunu göstərir".