Almaniyada kişi qadını tramvayda yandırıb

Dünya

17.03.2025 - 08:35

Həkimlər Klinikalar SEO Xidməti

Polis qətlə cəhdlə bağlı araşdırmalara başlayıb

Almaniyanın şərqindəki Gera şəhərində qadına qarşı cinayət törədilib: naməlum şəxs tramvayda 46 yaşlı qadının üzərinə benzin tökərək onu yandırıb.

AYNA.AZ “Bild.de”yə istinadən xəbər verir ki, hadisədən dərhal sonra başqa sərnişinlər təcili yardım düyməsini sıxaraq tramvayı dayandırıblar. Qapılar açılanda cinayəti tərədən şəxs fürsətdən istifadə edərək qaçıb.

Tramvay sürücüsü cəld reaksiya verib və yanan qadını yanğınsöndürən balonla söndürüb. Bundan sonra təcili yardım helikopteri ilə qadın xəstəxanaya çatdırılıb. Yanıq xəsarətləri alan qadının vəziyyəti ağır qiymətləndirilir.

Polis qətlə cəhdlə bağlı araşdırmalara başlayıb: cinayətkarın qurbanı tanıyıb-tanımadığını müəyyən etməyə çalışırlar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş