Ağsudakı yanğın məhdudlaşdırılıb

Hadisə

06.08.2021 - 15:24

Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir

 

Ağsu rayonunun Gəgəli kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb.

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

 

Yanğınsöndürmə əməliyyatlarına FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunlarının müvafiq qüvvələri və Aviasiya dəstəsinin helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli sakinlər cəlb olunub.

Müəllif: Ayna.az