Hadisə nəticəsində 5 nəfər xəsarət alıb
Ağdərə rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. AYNA.AZ-ın APA-ya istinadən məlumatına görə, "Mercedes" markalı mikroavtobus "Niva" markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində xeyli sayda şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır. Qəzanın başvermə səbəbi və xəsarət alanların dəqiq sayı dəqiqləşdirilir.
Ağdərə rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 28.06.2026-cı il tarixində saat 09:30 radələrində 5 nəfər (3 qadın, 2 kişi) Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. AYNA.AZ-ın məlumatına görə, bu barədə TƏBİB-dən bildirilib. Qeyd olunub ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
“Hazırda müalicələri davam etdirilir, vəziyyətləri stabildir”, - vurğulanıb.