Ağ Ev adminstrasiyası seçim qarşısında

Dünya

28.05.2025 - 12:55

cedabet dərman SEO Xidməti

Donald Tramp Ukraynaya hərbi yardımla bağlı seçim etməlidir

ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə bağlı seçim etməlidir - Kiyevə hərbi yardımı davam etdirmək və ya dayandırmaq seçimi. AYNA.AZ xəbər verir ki, bu barədə “The Washington Post” (WP) məlumat yayıb.

"Bu administrasiya bir seçim qarşısındadır: ya Ukraynaya əlavə təhlükəsizlik yardımı edilməli, ölkənin müdafiəsi üçün lazım olan silahların tədarükünə davam etməlidir, ya da dayandırmalı və Ukraynanı əlverişsiz vəziyyətə salmalıdır. Bununla Rusiyanın əlinə fürsət keçəcək və nəticədə onu cəsarətləndirəcək və müharibəni davam etdirməyə təşviq edəcək" deyə qeyd olunub.

Nəşr yazıb ki, Ukraynadakı münaqişənin həllində istənilən dəyişiklik ABŞ siyasətinin arbitrinin tək özünün olduğunu açıq şəkildə bildirən Trampın şəxsi istəyindən asılı olacaq.

Bundan əvvəl ABŞ-ın Ukraynadakı keçmiş nümayəndəsi Kurt Volker bildirmişdi ki, Tramp Rusiyaya qarşı ciddi tədbirlər görməyə hazır deyil. Onun sözlərinə görə, Amerika liderinin Rusiyaya təzyiq etmək üçün çoxlu imkanları olub, lakin o, bundan imtina edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş