Abşeronda 54 yaşlı kişi arvadını bıçaqlayıb, daha sonra özünü öldürüb

Hadisə

03.08.2026 - 17:55

Qadın xəstəxanaya yerləşdirilib

Abşeron rayonunda ər arvadını bıçaqlayıb, daha sonra özünü öldürüb.

AYNA.AZ APA-ya istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında Xırdalan şəhəri Mehdi Hüseynzadə küçəsində mənzildə qeydə alınıb.

İlkin məlumata görə, 1972-ci il təvəllüdlü Tərlan İbrahimov 1978-ci il təvəllüdlü arvadı Günəş İbrahimovaya bıçaqla xəsarət yetirib, daha sonra özünə xəsarət yetirərək öldürüb.

Qadın xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş