ABŞ-ın sabiq vitse-prezidenti vəfat edib

Dünya

20.04.2021 - 17:08

Həkimlər Klinikalar SEO Xidməti

Mondeylin ölümündən sonra arvadı və qızı barədə yazdığı məktubu tapılıb

 

ABŞ-ın keçmiş vitse-prezidenti Volter Mondeyl vəfat edib. AYNA bildirir ki, bu barədə “Reuters” xəbər verib.

 

Onun ölümündən sonra vəfat etmiş arvadı və qızı barədə məktubu tapılıb. Məktubda yazıb: “Yaxşı, vaxtım gəldi. Coan və Eleanoru yenidən görmək üçün səbirsizlənirəm. Gəlməmişdən əvvəl mənim üçün nə qədər dəyərli olduğunuzu söyləmək istəyirəm”.

 

Qeyd edək ki, Mondeylin arvadı Coan 2014-cü ildə, qızı Eleanor isə 2011-ci ildə ölüb.

 

Sabiq vitse-prezident 19 apreldə vəfat edib. Siyasətçinin ölüm səbəbi hələ dəqiqləşdirilməyib. Keçmiş vitse-prezidentin ailəsi anım mərasiminin doğulduğu Minnesotada və Vaşinqtonda təşkil ediləcəyini açıqlayıb.

 

Mondeyl 1984-cü ildə Demokrat Partiyasından prezidentliyə namizəd olub, amma Ronald Reyqana məğlub olub. 1993-1996-cı illərdə o, ABŞ-ın Yaponiyadakı səfiri işləyib.

 

Keçmiş vitse-prezidenti 1977-ci ildən 1981-ci ilədək Prezident Cimmi Karterin rəhbərliyi altında çalışıb. Mondeyl ölənədək Demokrat Partiyasının üzvü olub. Mondeyl 1928-ci ildə Minnesota şəhərində anadan olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş