“Zəlzələ bir çox evi elektrik enerjisi, su və qazsız qoydu”
Yaponiyanın Kyuşu adasındakı Kumamoto prefekturasında baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 30-a çatıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə ölkənin Baş naziri Sanae Takaiçi deyib.
Ölənlər arasında bir Vyetnam vətəndaşının olduğu bildirilib.
“Zəlzələ bir çox evi elektrik enerjisi, su və qazsız qoydu. Bəzi ərazilərdə evlər dağılıb, yollar və körpülər zədələnib”, - Baş nazir qeyd edib.
7,1 bal gücündə zəlzələ son illərdə ölkədə baş verən ən güclü zəlzələlərdən biri olub.