Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır

Dünya

02.10.2026 - 12:56

Tokio Avropa İttifaqı ölkələrinin nümunəsindən istifadə edə bilətr

Yaponiya hakimiyyəti Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır. AYNA.AZ xəbər verir ki, bu barədə “Yomiuri” qəzeti hökumət mənbələrinə istinadən məlumat yayıb.

Qəzetin məlumatına görə, Tokio son zamanlar Moskvaya qarşı sanksiya təzyiqini artıran Avropa İttifaqı (Aİ) ölkələrinin nümunəsindən istifadə edə bilətr.

Baxılan mümkün tədbirlərə sözdə kölgə donanması gəmilərinə məhdudiyyətlər, genişləndirilmiş ixrac məhdudiyyətləri və daha sərt ixrac nəzarəti daxildir.

Yeni sanksiyalar məsələsi həmçinin Rusiya Prezidenti Vladimir Putinin Yaponiya hakimiyyətinin mənfi reaksiyasına səbəb olan İturupa səfəri ilə əlaqələndirilir.

Rusiyanın Tokiodakı səfiri Nikolay Nozdrev Yaponiyanın cavabını “əsassız demarş” adlandırıb. Nozdrevin sözlərinə görə, o, Yaponiya Xarici İşlər Nazirliyinin (XİN) rəhbərinə Moskvanın cənub Kuril adalarının Rusiya ərazisinin ayrılmaz hissəsi olması mövqeyini izah edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş