“Xocalı – bir millətin kədəri” – Yeni film bu gün yayımlanacaq

Mədəniyyət

15.08.2020 - 17:56

Film 3 dildə – Azərbaycan, ingilis, rus dillərində istehsal olunub

 

Azərbaycan Televiziyası (AzTV) “Xocalı – bir millətin kədəri” adlı yeni sənədli film çəkib. AzTV-dən AYNA-ya verilən məlumata görə, film 1988-1993-cü illərdə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ torpaqlarının Ermənistan tərəfindən işğalı, 1992-ci ilin 26 fevral tarixində Ermənistan ordusunun  Xocalı şəhərində yerli azərbaycanlı əhaliyə qarşı törətdiyi vəhşilik və soyqırım aktı, Xocalı soyqırımı haqqında həqiqətlərin gizlədilməsi istiqamətində Ermənistanın və onun müxtəlif dairələrinin fəaliyyətinin və erməni yalanlarının ifşa olunması haqqındadır.

 

Sənədli filmin əsas səciyyəvi xüsusiyyətlərindən biri də Xocalıdan yeni video materialların filmin istehsalında istifadə olunmasıdır. Bu baxımdan,  yeni film Azərbaycanda Xocalının bütün tarixi dövrlərini və 26 fevral 1992-ci il soyqırımını  video-arxiv sənədləri  və muzey materialları ilə əks etdirən modern formatda hazırlanmış real tarixdir.

 

“Virtual Qarabağ” İnformasiya–Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin sədri Nurəddin Mehdiyev filmin 3 dildə – Azərbaycan, ingilis, rus dillərində istehsal olunduğunu, cari ilin sonunadək isə daha 2 dilə – türk və fransız dillərinə tərcümə olunacağını bildirib.

 

Filmin ideya müəllifi və direktoru Nurəddin Mehdiyev, ssenari müəllifi Birləşmiş Krallıqdan olan araşdırmaçı jurnalist İan Piert, məsləhətçiləri-millət vəkili Elman Məmmədov, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, tarixçi–alim Ramin Əlizadə və Natıq Alışov,  qurluşçu rejissoru Teymur Nəcəfzadə, operatorları Pərviz Əliyev və Cahid Əliyevdir. Filmi Azərbaycan dilində Elşən Rüstəmov səsləndirib.

 

Qeyd edək ki, film Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ərsəyə gətirilib.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə