ABŞ-ın xüsusi nümayəndəsi İsrail və İran arasında müharibənin bitdiyini bəyan edib
ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff İsraillə İran arasında müharibənin bitdiyini bəyan edib. AYNA.AZ-ın məlumatına görə, onun sözlərini “The New York Post” yayıb.
"Heç kim bir-birinə atəş açmır. Bitdi", - Vitkoff deyib.
Müharibənin Tədqiqi İnstitutunun (ISW) analitikləri qeyd edirlər ki, hər iki tərəfin pozuntular barədə iddialarına baxmayaraq, İran və İsrail arasında atəşkəsə “görünür, əməl olunur”.