“Vikipediya” səhifəsi silinən yazıçı: “Bu, barbar hücumudur”

Mədəniyyət

11.11.2019 - 19:11

Orxan Bahadırsoy: “Bir qrup azərbaycanlı istifadəçi qərar verib ki, mən ensiklopedik şəxs deyilmişəm...”

 

Yazıçı, şair, dramaturq Orxan Bahadırsoyun “Vikipediya” səhifəsi bir qrup azərbaycanlı istifadəçi tərəfindən silinib. Bu barədə yazıçı özünün “Facebook” səhifəsində məlumat paylaşaraq belə yazıb: “Vikipediya” səhifəmi, heç bir əsası olmayan səbəblərlə siliblər. Dünyanın ən böyük virtual ensiklopediyası bir dəstə barbarın ümidinə qalanda belə olur”.

 

AYNA əməkdaşı məsələ ilə bağlı O.Bahadırsoyla həmsöhbət olub.

 

- “Vikipediya” səhifənizin silinməsi nə ilə bağlıdır?

 

- Dəqiq bilmirəm. O səhifəni bir neçə il əvvəl, məndən bioqrafik məlumatlarımı alaraq bir oxucum açmışdı. Hətta mənim şəxsi adıma yaradılmış “Vikipediya” səhifəsi ilə yanaşı, başqa oxucular da iki kitabımın adına səhifə yaratmışdılar. Səhifələrin üçünü də siliblər. Kitablarla bağlı səhifələrin silinməsində problem görmürəm. Hər kitabın “Vikipediya” səhifəsi olmalı deyil ki. Amma mənim adıma açılan səhifənin silinməsini doğru hesab etmirəm.

Mərahim Nəsib