Vətən müharibəsi iştirakçılarına və şəhid ailələrinə psixoloji yardımla bağlı komissiya yaradılıb

Xəbərlər

13.01.2021 - 20:18

Həkimlər Klinikalar SEO Xidməti

Baş nazir Əli Əsədov qərar imzalayıb

 

Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə psixoloji yardımla bağlı bəzi məsələlər barədə qərar verib.

 

AYNA xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə operativ, vaxtında, keyfiyyətlə və əlaqəli şəkildə psixoloji yardım göstərilməsini təmin etmək məqsədilə aşağıdakı tərkibdə komissiya yaradılıb:

 

Komissiyanın sədri

Azərbaycan Respublikasının səhiyyə naziri

 

Komissiyanın üzvləri:

Azərbaycan Respublikası müdafiə nazirinin müavini

 

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini

 

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

 

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi

 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri

 

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri

 

Tabeliyində hərbi-həkim komissiyaları və həkim-uçuş komissiyaları olan dövlət orqanlarının səlahiyyətli şəxsləri.

 

Komissiyaya tapşırılıb ki, 2020-ci il 27 sentyabr tarixindən başlayan, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə operativ, vaxtında, keyfiyyətlə və əlaqəli şəkildə “Psixooji yardım haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq psixoloji yardım göstərilməsinin təmin edilməsi üçün zəruri tədbirlər görsün.

 

Həminçin bu qərardan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin.

 

Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu Qərardan irəli gələn məsələləri həll etməlidirlər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş