Vergi orqanlarında işləmək istəyənlər üçün imtahan keçiriləcək

Xəbərlər

27.10.2021 - 17:32

Namizədlər noyabrın 7-dək qeydiyyatdan keçə bilərlər

Dövlət İmtahan Mərkəzi (DİM) Dövlət Vergi Xidməti ilə birgə “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında” Əsasnaməyə müvafiq olaraq vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

DİM-dən AYNA-ya verilən məlumata görə, Vergi Xidməti tərəfindən qeydiyyata alınmış namizədlər noyabrın 7-dək imtahanda iştirak etmək üçün lazım olan məbləği ödəyərək DİM-in saytında qeydiyyatdan keçə bilərlər.

Müəllif: Ayna.az