Venesiyada Zəfər Günü ilə əlaqədar sərgi açılıb - FOTO

Mədəniyyət

07.11.2021 - 15:37

Sərgi Santa Luçia dəmir yolu stansiyasının qarşısında reallaşıb

İtaliyanın Venesiya şəhərində 8 Noyabr – Zəfər Gününə həsr edilmiş “Qarabağ informasiya sərgisi” layihəsi həyata keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Mədəniyyətlərarası Əlaqələr üçün Gənclər Birliyinin təşkilatçılığı ilə gerçəkləşdirilən sərgidə Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını ifşa edən fotomateriallar təqdim olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən AYNA-ya bildirilib ki, sərgi şəhərin izdihamlı məkanı hesab edilən Santa Luçia dəmir yolu stansiyasının qarşısında reallaşıb. Sərgi şəhər sakinlərində böyük maraq doğurub.

Venesiyada Zəfər Günü ilə əlaqədar sərgi açılıb - Venesiyada Zəfər Günü ilə əlaqədar sərgi açılıb - Venesiyada Zəfər Günü ilə əlaqədar sərgi açılıb - Venesiyada Zəfər Günü ilə əlaqədar sərgi açılıb -
Müəllif: Ayna.az